Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində görmə qabiliyyəti məhdud şəxslər də reabilitasiya xidmətləri ilə təmin olunur.
Müəssisənin Görmə qabiliyyəti məhdudluğu olan şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsində son üç ildə bu kateqoriyadan olan 100-dən çox şəxsə müxtəlif reabilitasiya xidmətləri göstərilib.
Burada əlilliyi olan 5-29 yaşlı şəxslər reabilitasiya və abilitasiya xidmətlərinə cəlb edilir. Onlar müəssisəyə stasionar və yarımstasionar formada qəbul olunur.
İlkin qiymətləndirmə nəticəsində müəyyən edilmiş fərdi inkişaf proqramına uyğun olaraq onlara tibbi, pedaqoji, idman, mədəniyyət və incəsənət, psixoloji, eləcə də sosial reabilitasiya xidmətləri göstərilir.