19.11.2024

Şirvan şəhərində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ekskursiya təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişi əsasında Şirvan şəhərində fəaliyyət göstərən günərzi qayğı mərkəzinin benefisiarları üçün maarifləndirici-əyləncəli ekskursiya təşkil edilib. 

“Uşaq Hüquqları” aylığı çərçivəsində təşkil edilən tədbirin iştirakçıları 
Şirvan Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər. 

Ekskursiyada günərzi qayğı mərkəzinin xidmətlərindən yararlanan 20-yə yaxın uşaq iştirak edib. 

Tədbirin keçirilməsində məqsəd uşaq  hüquqlarının həyata keçirilməsi mexanizminə dəstək göstərilməsi, onların daha effektiv müdafiəsinin təmin olunması, uşaqlar arasında hüquqi maarifləndirmənin aparılmasıdır. 

İştirakçılara uşaq hüquqlarının yaranma tarixi, yerli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumatlar verilib. 

Sonda azyaşlıların üzləri “Face art”vasitəsi ilə bəzədilib.