Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Sosial iş” ixtisasında təhsil alan tələbələr üçün maarifləndirici təlim keçirilib.
Agentliyin əməkdaşı Vüsalə Əhməd “Maddə asılılığı mövzusunda Sosial işçinin rolu və funksiyası” mövzusunda təqdimatla çıxış edib. İştirakçılar narkotik asılılığının yaranma səbəbləri, formalaşma mərhələləri, risk amilləri, eləcə də insanın cəmiyyətdəki sosial-bioloji rolunun zəifləməsi ilə bağlı məlumatlandırılıblar.
Tələbələrə bu istiqamətdə həyata keçirilən genişmiqyaslı sosial dəstək tədbirləri və sosial işçilərin fəaliyyəti haqqında biliklər aşılanıb.
Tədbir Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair İş Planına əsasən təşkil edilib.