20.05.2024

“Sosial işin idarə edilməsi” (Keys menecment) sistemi ilə bağlı təlim təşkil edilib

Əmək və Əhalinin Sosail Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları üçün “Sosial işin idarə edilməsi” (Keys menecment) sistemi ilə bağlı təlim təşkil edilib.

Onlayn təlimdə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Naib Əlizadə və Agentliyin digər əməkdaşları iştirak ediblər.

Naxçıvan Muxtar Respublikasında əhaliyə göstərilən sosial xidmətlərin həcminin artırılması, xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və keyfiyyətinin yaxşılaşdırılması məqsədi daşıyan təlim onlayn keçirilib.

Sosial Xidmətlər Agentliyinin Səyyar və yarımstasionar sosial xidmətlərin təşkili departamentinin müdiri Tünzalə Verdiyeva çətin həyat şəraitində olan və ya çətin həyat şəraitinə düşmə riski olan şəxslərlə (ailələrlə) sosial işin aparılması zamanı tətbiq olunan “Sosial işin idarə edilməsi” (Keys menecment) sistemi ilə bağlı təqdimatla çıxış edib.

Çıxışlarda evdə sosial-məişət xidməti, repatriasiya edilmiş şəxslərin ölkə ərazisində sosial re-inteqrasiyası və sosial-reabilitasiyası, İxsaslaşmış Sosial Xidmət mərkəzlərində xidmətə götürülən şəxslərin sosial-reabilitasiyası, eləcə də həssas qruplardan olan digər şəxslərin sosial adaptasiyası işlərinin təşkili mövzularından danışılıb.

Həmçinin təhsildə sosial iş xidmətinin təşkili qaydaları, iş prosesi üzrə sənəd nümunələri, “Keys menecment” alətləri, həmçinin ölkə təcrübəsi üzrə digər əhəmiyyət daşıyan informasiyaları ümumiləşdirməklə metodiki dəstək qismində məlumatlar verilib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb