16.12.2024

Sosial-psixoloji xidmət sahəsində fəaliyyət göstərən psixoloqlar üçün narkomaniya ilə mübarizə mövzusunda təlim keçilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Şəki-Zaqatala regional filialının əməkdaşları tərəfindən "Narkomaniya - Könüllü ölüm" mövzusuna həsr olunan təlim keçilib. Təlimə Zaqatala rayonu üzrə orta təhsil müəssisələrinin təhsildə sosial-psixoloji xidmət fəaliyyətini həyata keçirən psixoloqları cəlb olunub.


Maarifləndirici görüş zamanı Agentliyin fəaliyyəti, həssas əhali qruplarından olan şəxslərə göstərilən sosial xidmətlər, təhsildə sosial iş xidməti mövzularında təqdimatlar edilib. Narkomaniyaya qarşı mübarizə üsullarından, narkotik maddələrdən istifadənin risk amilləri və sağlamlığa zərərli təsirlərindən bəhs edilib. 


İnteraktiv şəkildə təşkil olunan təlimdə iştirakçılarla müzakirələr aparılıb, onların sualları cavablandırılıb.