22.07.2024

Sosial reabilitasiya mərkəzi benefisiarlarının Həsən bəy Zərdabinin ev muzeyinə ekskursiyası təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial sifarişi əsasında Zərdab rayonunda fəaliyyət göstərən sosial reabilitasiya mərkəzinin benefisiarlarının Həsən bəy Zərdabinin Zərdabdakı ev muzeyinə ekskursiyası təşkil edilib.

22 iyul - Milli Mətbuat Günü ilə əlaqədar təşkil edilən ekskursiyada benefisiarlara milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin həyat və yaradıcılığı ilə bağlı geniş məlumat verilib.

Sosial reabilitasiya mərkəzinin xidmətlərindən yararlanan 20-yə yaxın uşağın iştirak etdiyi ekskursiyanın məqsədi həmin uşaqların milli mətbuatımızın tarixi barədə biliklərini artırmaq, sosial adaptasiyasına dəstək olmaqdır.

Qeyd edək ki, Agentliyin sosial sifarişləri əsasında hazırda Sabirabad, Zərdab, İmişli, Ağcabədi, Şamaxı, Tərtər, Ağstafa, Qobustan, Balakən, Masallı, Daşkəsən, Bərdə və digər rayonlarda yaradılan mərkəzlərdə əlilliyi olan uşaqlara sosial reabilitasiya xidmətləri göstərilir.