20.06.2024

Sosial xidmət müəssisəsində “İnsan hüquqları aylığı”na həsr edilmiş dəyirmi masa keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsində “İnsan hüquqları aylığı”na həsr edilmiş dəyirmi masa keçirilib. 

Müəssisənin direktoru Pərvanə Səfərova iştirakçılara insan hüquqlarının qorunması, bu sahədə ölkəmizdə görülən işlər və həyata keçirilən layihələr barədə məlumat verib.
 
Sonra müəssisənin sosial işçiləri və psixoloqu “İnsan hüquq və azadlıqları, onların yaranması tarixi”, “Sosial xidmətə cəlb olunan əlilliyi müəyyən edilmiş şəxslərin hüquq və azadlıqları”, “Əlilliyi müəyyən edilmiş şəxslərin qarşılaşdıqları çətinliklər və hüquqlarının pozulması halları”, “İnsan alverinə qarşı mübarizə” mövzularında təqdimatlarla çıxış ediblər.

Sonda əlilliyi müəyyən edilmiş şəxslərin qarşılaşdıqları çətinliklər və onlara cəmiyyətin münasibəti mövzusunda videoçarx nümayiş olunub.