Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Azərbaycan Universitetində tələbələr üçün keçirilən Karyera Günündə iştirak edib. Karyera sərgisində 40-a yaxın şirkət və təşkilat təmsil olunub.
Tədbir tələbələrə əmək bazarının müasir çağırış və tələbləri ilə yaxından tanış olmaq, işəgötürənlərlə birbaşa ünsiyyət qurmaq imkanı yaradıb. Tədbirdə müxtəlif profilli şirkət, idarə və müəssisələr, dövlət orqanları, təhsil müəssisələri və bu kimi qurumlar iştirakçılara vakansiyalarını, tələbələr üçün nəzərdə tutulan təcrübə və təqaüd proqramlarını təqdim ediblər.
Agentliyin insan resursları komandası iştirakçılara karyera imkanları, mövcud vakansiyalar barədə məlumatlar veriblər.