Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi “TÜV Austria” sertifikatlaşdırma şirkəti tərəfindən daha bir istiqamət üzrə ISO sertifikatına layiq görülüb.
Agentliyə növbəti sertifikat ISO 37001:2016 (Rüşvətxorluğa qarşı idarəetmə sistemi) üzrə təqdim edilib.
Sertifikatın təqdim edilməsi tədbirində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bildirib ki, Agentliyin fəaliyyətində ISO standartlarının tətbiqi böyük əhəmiyyətə malikdir.
Bildirilib ki, bu gün təqdim edilən sertifikat da daxil olmaqla Agentlik ümumilikdə, üç ISO sertifikatına layiq görülüb və bu sevindirici haldır.
“TÜV Austria Azərbaycan” şirkətinin direktoru Ülkər Quliyeva qeyd edib ki, Agentlik “Rüşvətxorluğa qarşı idarəetmə sistemi” üzrə də bütün mərhələləri uğurla keçdiyinə görə beynəlxalq sertifikata layiq görülüb.
“TÜV Austria” şirkəti ISO 17021 üzrə yerli və beynəlxalq akkreditasiyalara sahibdir və təqdim etdiyi sertifikatlar bütün dünyada tanınır.