05.04.2024

Sosial Xidmətlər Agentliyi hazırda 127 repatriantla sosial reabilitasiya işi aparır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən hazırda 127 repatriantla sosial reabilitasiya işi aparılır. 

Repatriasiya olunmuş hər bir şəxsin ilk növbədə sosial-psixoloji qiymətləndirilməsi həyata keçirilir. Bu əsasında müvafiq sosial reabilitasiya planı hazırlanaraq, onun əsasında sosial işçi və psixoloqlar tərəfindən sosial reabilitasiya prosesi həyata keçirilir. 

Ümumilikdə isə son illərdə Agentlik ölkəmizə repatriasiya edilmiş 514 nəfəri sosial reabilitasiya xidmətlərinə cəlb edib.