23.11.2024

Sosial Xidmətlər Agentliyi son 4 ildə 12,3 mindən çox imtiyazlı şəxsi sanatoriya-kurort yollayışı ilə təmin edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi son 4 ildə 12,3 mindən çox imtiyazlı vətəndaşı müxtəlif sanatoriya və kurort mərkəzlərinə yollayışla təmin edib. 

Onların sırasına əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər daxildir. 

Xəstəliklərinə uyğun olaraq həmin şəxslər ölkəmizin bölgələrindəki sanator-kurort və müalicə mərkəzlərində müalicə kursu keçiblər.