29.08.2024

Sosial Xidmətlər Agentliyi tərəfindən bu il 500-dən çox imtiyazlı şəxs sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən bu il 506 imtiyazlı şəxsə yollayış təqdim olunaraq sanator-kurort və müalicə mərkəzlərinə yola salınıb.

Onların sırasına əlilliyi olan şəxslər, həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri daxildir.

Xəstəliklərinə uyğun olaraq həmin şəxslər ölkəmizin bölgələrindəki sanator-kurort və müalicə mərkəzlərində müalicə kursu keçiblər.