Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində bu ilin ötən dövründə 27 uşağa xidmət göstərilib. Onlardan 17-si oğlan, 10-u qızdır.
Müəssisənin Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası şöbəsində həmin uşaqların sosial işçi tərəfindən ilkin qiymətləndirilməsi aparılıb.
Nəticəsinə əsasən hər bir uşaqla bağlı fərdi qayğı planı hazırlanaraq bu plan əsasında onlar üçün sosial reabilitasiyası işləri aparılır. Uşaqların bioloji ailələrinə reinteqrasiya olunması, yaxud övladlığa götürülməsi və ya himayədar ailəyə verilməsi sahəsində də tədbirlər görülür.
Şöbədə hazırda 17 uşaq dövlət qayğısı ilə əhatə olunur. Onlardan 11-i oğlan 6-sı qızdır.