01.03.2024

Sosial Xidmətlər Agentliyi tərəfindən daha 30 imtiyazlı şəxs müalicə mərkəzinə yola salınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən daha 30 şəxs yollayışla təmin olunaraq xəstəliklərinə uyğun müalicə mərkəzinə yola salınıb. 

Onlar Naxçıvan Muxtar Respublikasındakı “Darıdağ” Arsenli Su Müalicəxanasında müalicə kursu keçəcəklər. 

Həmin şəxslərdən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər valideynlərindən birinin müşayiəti ilə göndəriliblər.

Qeyd edək ki, bu istiqamətdə işlərin davamı olaraq ötən il şəhid ailələrinin üzvləri və digər imtiyazlı şəxslərdən ibarət 2510 nəfər yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib.