Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən evdə (səyyar) sosial-məişət xidməti göstərilən ahılların asudə vaxtının səmərəli təşkili məqsədilə tədbir keçirilib.
Agentliyin Şəki-Zaqatala Regional filialı tərəfindən təşkil edilən tədbirdə Balakən rayonunda bu xidmətdən yararlanan ahıl şəxslər iştirak ediblər.
Görüş çərçivəsində iştirakçılar gəzinti, müxtəlif oyunlar və əyləncəli proqrama cəlb olunublar.
Sosial Xidmətlər Agentliyi tərəfindən xidmət göstərilən həssas əhali qruplarından olan şəxslərin cəmiyyətə inteqrasiyası və sosial reabilitasiyası məqsədilə mütəmadi olaraq bu kimi tədbirlər təşkil edilir.