Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi yarandığı vaxtdan qurumun müəssisələrində 10 min şəxsə reabilitasiya yönümlü sosial xidmətlər göstərilib.
4 il əvvəl fəaliyyətə başlayan Agentliyin bütün ölkəni əhatə edən 13 müəssisəsi fəaliyyət göstərir. Onların sırasına 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün 2 sosial xidmət müəssisəsi, 4 psixonevroloji sosial xidmət müəssisəsi, Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi, Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi, Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi və s. daxildir.
Həmin müəssisələrə qəbul edilən şəxslərə fərdi plan əsasında sosial-psixoloji, tibbi-sosial, sosial-məsləhət yardımı, sosial-məişət və digər sosial reabilitasiya xidmətləri göstərilir.