27.02.2025

Sosial Xidmətlər Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov bu dəfə Zərdab rayonunda vətəndaşları qəbul edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən ölkə üzrə keçirilən vətəndaş qəbulları davam etdirilir.

Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov bu dəfə Zərdab rayonunda vətəndaşları qəbul edib. Ucar rayon sakinlərinin də iştirak etdiyi qəbulda 20-yə yaxın vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətinə baxılıb. 

Qəbulda vətəndaşlar Sosial Xidmətlər Agentliyinin fəaliyyət sahələrinə aid məsələlər barədə müraciətlərini bildiriblər. 

V.Behbudov müraciətləri dinləyib, onların mümkün həlli ilə bağlı müvafiq addımların atılması məqsədilə tapşırıqlar verib. 

Əhalinin sosial xidmətlərlə təmin edilməsində ünvanlılığın artırılması məqsədilə həyata keçirilən qəbullarda hər bir imtiyazlı şəxs iştirak edə bilər. Bunun üçün vətəndaşlar Agentliyin (012) 525-41-30 (daxili 5625) telefon nömrəsinə zəng edə, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə, sosial şəbəkə hesablarına müraciət edə, yaxud yerli filiallarına yaxınlaşa bilərlər.