24.04.2025

Sosial Xidmətlər Agentliyində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Nicat Qocayev və Eyyub Fətəliyev ilə görüşüb.

Görüş zamanı V. Behbudov müsabiqə qaliblərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sədr, Agentliyin fəaliyyəti, həssas əhali qruplarından olan şəxslərə göstərilən sosial xidmətlər və qarşıda duran hədəflər barədə məlumat verib.

Bildirilib ki, Sosial Xidmətlər Agentliyi tərəfindən xüsusi qayğıya ehtiyacı olan bütün yaş kateqoriyalarından olan vətəndaşlar müxtəlif sosial xidmətlərlə təmin edilir.

Göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması, vətəndaşların bu xidmətlərə əlçatanlığının yüksəldilməsi, eləcə də xidmət şəbəkəsinin genişləndirilməsi istiqamətində atılan addımlar da diqqətə çatdırılıb.  

Görüşdə “Yüksəliş” müsabiqəsi qaliblərinin sualları cavablandırılıb, onlarla sosial xidmətlərə dair fikir mübadiləsi aparılıb.