Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsində maarifləndirmə görüşü keçirilib.
“18 may-18 iyun İnsan hüquqları aylığı” çərçivəsində təşkil edilən görüşdə müəssisədə yarımstasionar xidmət göstərilən uşaqların valideynləri iştirak edib.
Çıxışlarda iştirakçılara “18 yaşınadək əlilliyi olan şəxslərin reabilitasiya hüququ” mövzusunda məlumatlar təqdim edilib.
Görüş çərçivəsində valideynlərə sosial reabilitasiyanın uşaqların həyatında rolu, bu sahədə onların hüquqları haqqında biliklər aşılanıb, lazımi istiqamətlər verilib.