Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində “İnsan hüquqları aylığı”na həsr edilən tədbir keçirilib.
“Əlilliyi olan şəxslərin hüquqları” mövzusunda təşkil edilən görüşdə “İnsan hüquqları aylığı”nın mahiyyəti, həmçinin əlilliyi olan şəxslərin hüquqlarının təmin edilməsi istiqamətində görülən işlərdən danışılıb.
Çıxışlarda iştirakçılara əsas hüquq və azadlıqlar, beynəlxalq və yerli qanunvericilik və insan alverinə qarşı mübarizə haqqında məlumatlar verilib, təqdimatlar edilib.
Həssas əhali qrupları ilə aparılan sosial iş zamanı diqqət edilməli məqamlar, əlilliyi olan şəxslərlə bağlı müəssisədə görülən işlər haqqında çıxışlar edilib.
Sonda mövzuya həsr edilən videoçarx təqdim edilib.