19.03.2024

Sosial Xidmətlər Agentliyinin 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsində Novruz şənliyi keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsində Novruz şənliyi keçirilib.

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov müəssisə sakinlərini bayram münasibətilə təbrik edib. 

Sədr qeyd edib ki, həssas əhali qruplarından olan şəxslər daima dövlətin xüsusi qayğısı ilə əhatə olunur. Onların sosial təminatı, sosial xidmətlərlə əhatə olunması istiqamətində mühüm addımlar atılır.

Tədbir 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin tərəfindən hazırlanan səhnəciklər, rəqslər və musiqili ədəbi-bədii kompozisiya ilə davam edib.