Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində şəhid ailəsi üzvü, müharibə əlili, həmçinin müharibə iştirakçısı olan bir qrup gənc şair və publisistlə görüş keçirilib.
Görüşdə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Fariz Həsənovun həyat yoldaşı, yazıçı, şairə xanım Əzizə Fariz, publisist-jurnalist, Vətən müharibəsi əlili Daşqın Əziz, Vətən müharibəsi iştirakçıları, şair Həsən Kür və şair Emin Piri iştirak ediblər.
Qonaqlar müəssisənin ahıl sakinlərinə öz həyat və yaradıcılıqlarından, müharibədə keçdikləri döyüş yolundan söz açıblar.
Sonra ahıl sakinlərə müəlliflərin imzalı kitabları hədiyyə edilib və müəssisədəki şəraitlə tanışlıq olub.