07.06.2024

Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri beynəlxalq turnirdə uğur əldə ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri Bakıda keçirilən gimnastika hamı üçün növü üzrə ikinci beynəlxalq “Challenge” turnirində iştirak ediblər. 
Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin 7 sakini turnirdə “70-ci illərin gəncləri” komandası ilə təmsil olunub və uğur əldə edib. 
Ahıllarımız “Tvist” rəqsi və sinxron gimnastika hərəkətlərinə görə birinci yerə layiq görülüblər. 
Bununla yanaşı müəssisənin 78 yaşlı sakini Validə Əli qızı Həsənova 800-ə yaxın iştirakçı arasında ən yaşlı gimnast mükafatı ilə təltif edilib.