18.03.2024

Sosial Xidmətlər Agentliyinin Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsinin sakinləri Novruz bayramı münasibətilə ziyarət edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsinin sakinləri Novruz bayramı münasibətilə ziyarət edilib. 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivi Müəssisənin sakinlərini bayram münasibətilə təbrik edib.

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Faiq Ağayev qonaqlara müəssisə barədə məlumat verib. Qeyd edib ki, burada ahıl vətəndaşlarımızın hər tərəfli dövlət qayğısı ilə əhatə olunması üçün bütün lazımi şərait yaradılıb. Müəssisədə hazırda 200-dən çox ahıl şəxsə müvafiq sosial xidmətlər göstərilir.
 
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov ahılları bayram münasibətilə təbrik edib. Bildirilib ki, Azərbaycan xalqı hər zaman öz ağsaqqallarına və ağbirçəklərinə münasibətdə diqqət və sevgisi ilə fərqlənir. Çıxışlarda gənclərə bu sevgini aşılamağın əhəmiyyəti vurğulanıb.
 
Sonra Yaradıcılıq Mərkəzinin üzvləri olan tələbələr ahıllar üçün musiqi parçaları ifa ediblər, onlarla birlikdə rəqs ediblər.