26.01.2023

Sosial Xidmətlər Agentliyinin aparatının əməkdaşları üçün qiymətləndirmə imtahanı keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi aparatının əməkdaşlarının sosial iş, eləcə də fəaliyyət istiqamətlərinə uyğun olaraq bilik və bacarıqlarının aşkar edilməsi məqsədilə keçirilən qiymətləndirmədə 100-dən çox əməkdaş iştirak edib. 
İştirakçılar qanunvericilik, məntiq və digər vacib mövzularda 50 sualı cavablandırıblar. 
Qeyd edək ki, Agentliyin əməkdaşlarının bilik və bacarıqlarının qiymətləndirilməsi mütəmadi olaraq həyata keçirilir.