23.08.2023

Sosial Xidmətlər Agentliyinin də təmsil olunduğu nümayəndə heyəti Türkiyədə təcrübə səfərində olub.

Sosial Xidmətlər Agentliyinin də təmsil olunduğu nümayəndə heyəti Türkiyədə təcrübə səfərində olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin də təmsil olunduğu Azərbaycan nümayəndə heyəti Türkiyədə təcrübə proqramında iştirak edib.

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının Gənclər Fondunun, qeyri-hökümət təşkilatının nümayəndələrinin qatıldığı təcrübə proqramı çərçivəsində qardaş ölkənin bir sıra dövlət qurumları ilə görüşlər keçirilib.

Səfər zamanı qonaqlar Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyində, Gənclər və İdman Nazirliyində, Altındağ sosial xidmət mərkəzində, KADEM Ankara regional nümayəndəliyində və Türkiyə Gənclik Fondu Ankara nümayəndəliyində olublar.

Görüşlərdə erkən nikahlarla bağlı sosial xidmətlərin təşkili, həyata keçirilən maarifləndirmə və təbliğat işləri, dövlət qurumları arasında əməkdaşlıq və təcrübə mübadiləsinə dair müzakirələr aparılıb.

Nümayəndələrə məişət zorakılığı ilə bağlı həyata keçirilən tədbirlər və təcili müdaxilə proqramları, keys menecment prosesi, eləcə də ailə və uşaqlarla bağlı xidmətlərə dair məlumat verilib. Təcrübə proqramında uşaq və gənclərlə həyata keçirilən işlər, uşaqların təhsilə cəlb edilməsi, təlim prosesinə marağın yaradılması istiqamətində mütəmadi görülən işlər də müzakirə edilib.