04.12.2024

Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirməsi Mətanət Quliyeva (Qüdsi) dünyasını dəyişib

Mətanət Elşən qızı Quliyeva 1997-ci ildə Şəmkir rayonunda doğulub. Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası mərkəzində müxtəlif illərdə toxuculuq və rəssamlıq peşələrinə yiyələnib. 

Mətanət Quliyevanın “Kəpənəyin izi” ilə, “Gəl birlikdə darıxaq” və "Şeir terapiyası" adlı kitabları nəşr olunub.

Gəncimiz 2020-ci ildə İctimai və Sosialyönümlü fəaliyyətdə fərqləndiyinə görə Gənclər üçün ayrılmış Prezident mükafatına layiq görülüb. 

Benefisiarımızın vəfatından kədərləndiyimizi bildirir və yaxınlarına dərin hüznlə başsağlığı veririk. 

Allah rəhmət eləsin!