05.10.2023

Sosial Xidmətlər Agentliyinin əməkdaşları 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Lənkəran şəhərində yaşayan ahıl müəllimləri ziyarət ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Lənkəran şəhərində yaşayan ahıl müəllimləri ziyarət ediblər. 

Əməkdaşlar vaxtilə müəllim kimi çalışan və hazırda Agentlik tərəfindən evdə (səyyar) sosial-məişət xidməti göstərilən ahılları Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, onlara can sağlığı və uzun ömür arzu ediblər. 

Ahıllarımızın bundan sonra da dövlətin qayğısı ilə əhatə olunacağı qeyd edilib. 

Qeyd edək ki, hazırda Sosial Xidmətlər Agentliyi tərəfindən respublika üzrə 3803 ahıl və əlilliyi olan şəxsə səyyar sosial-məişət xidməti göstərilir.