Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları Rusiya Federasiyasında təcrübə səfərində olublar.
Moskva şəhərində yerləşən “Naş Dom” Ailə tərbiyəsinə Yardım Mərkəzinə təşkil edilən səfərin məqsədi təcrübə mübadiləsinin aparılmasıdır.
Səfərdə iştirak edən Sosial Xidmətlər Agentliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə məlumat verilib ki, dövlət büdcə təşkilatı olan "Ailə tərbiyəsinə Yardım mərkəzi - Naş Dom" 2004-cü ildən fəaliyyət göstərir.
Mərkəzdə 0-23 yaş arası sağlam, o cümlədən əlilliyi müəyyən edilmiş ağır və çoxsaylı inkişaf pozğunluğu olan valideyn himayəsindən məhrum olmuş uşaqların yaşaması üçün ailə mühitinə yaxın şərait yaradılıb.
Görüş zamanı qonaqlar Mərkəzdə göstərilən xidmətlərlə yaxından tanış olub, müxtəlif suallar ətrafında müzakirələr aparıblar.