Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları Vətən müharibəsi şəhidi Ramin Kərimlinin anası Solmaz Kərimovanı doğum günündə ziyarət ediblər.
Ramin Əli oğlu Kərimli 2020-ci ilin 28 sentyabr tarixində Füzuli rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Cəsur döyüşçü”, ”Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidimizin İmişli rayonunda yaşayan anası Solmaz xanımı doğum günü münasibətilə təbrik edən əməkdaşlar ona uzun və sağlam ömür arzu ediblər.
Solmaz Kərimovanın bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağı bildirilib.
Şəhid anası göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.