17.01.2023

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Ağcabədi rayonunda İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzini ziyarət edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Ağcabədi rayonunda Gənclər üçün Təhsil Mərkəzi İctimai Birliyinin Qarabağ regional ofisinin nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzini ziyarət edib.

Hazırda mərkəzdə 48 uşaq müxtəlif reabilitasiya proqramlarına cəlb edilib. Eyni zamanda ailələrə müxtəlif sosial xidmətlər, hüquqi yardım və psixososial dəstək göstərilir.

V.Behbudov Mərkəzin fəaliyyəti ilə yaxından tanış olub. Bildirilib ki, Mərkəzdə rəqs, rəsm, müxtəlif növ əl işlərinin hazırlanması kimi inklüziv strategiya əsaslı bir çox dərnəklər fəaliyyət göstərir. Həmçinin ailələrin məşğulluğunun təmin edilməsi məqsədilə valideynlər üçün kompüter kursu və “Valideynlik məktəbi” də təşkil edilib.

Burada 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin təhsilə cəlb edilməsi üçün inkluziv məktəbəqədər qruplar da fəaliyyət göstərir. Ötən tədris ilində inklüziv məktəbəqədər qrupun 3 daun sindromlu məzunu təhsilə cəlb edilib. Həmçinin burada sosial adaptasiyanın təşkili məqsədilə müxtəlif tədbirlər keçirilir.