16.01.2023

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Ağcabədi rayonunda vətəndaş qəbulu keçirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Ağcabədi rayonunda vətəndaş qəbulu keçirib.

Qəbulda Ağcabədi və Ağdam rayonlarından olan 30-a yaxın sakin iştirak edib.

Qəbul zamanı imtiyazlı şəxslərin mənzil (fərdi ev) və avtomobil təminatı, səyyar sosial xidmətin təşkili, sanatoriya-kurort yollayışları ilə təminat və s. mövzularda müraciətləri dinlənilib.

Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər araşdırılması üçün nəzarətə götürülüb və müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar müraciətlərini həmçinin Sosial Xidmətlər Agentliyinin 116123 “Qayğı” Çağrı Mərkəzi, (+994 12) 525 41 30 qaynar xətti, (+994 50) 525 41 30 WhatsApp sosial platforması və Agentliyin sosial media hesabları vasitəsilə ünvanlaya bilərlər.