17.05.2024

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov növbəti vətəndaş qəbulunu Saatlı rayonunda keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov növbəti vətəndaş qəbulunu Saatlı rayonunda keçirib.  

Qəbulda ümumilikdə 15 şəxs iştirak edib. 

Qəbul zamanı imtiyazlı şəxslərin mənzil (fərdi ev), avtomobil təminatı, səyyar sosial xidmətin təşkili, sanatoriya-kurort yollayışları ilə təminat və s. mövzularda müraciətləri cavablandırılıb. 

Ötən dövrdə Agentliyin sədri tərəfindən Bakıda, həmçinin respublikanın müxtəlif şəhər və rayonlarında keçirilən qəbullarda 1600-dən çox vətəndaşın müraciəti dinlənilib.