Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Qaxda vətəndaşları qəbul edib.
Qəbulda Qax və Şəki sakinləri iştirak edib. Vətəndaş qəbulu zamanı 20-dən çox şəxsin fərdi ev, avtomobil təminatı, səyyar sosial xidmətin təşkili, sanatoriya-kurort yollayışları ilə təminat kimi məsələlərlə bağlı müraciətlərinə baxılıb.
Agentlik sədri müraciətlərin aidiyyəti üzrə araşdırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Qəbullar vətəndaşların mövcud müraciətlərini yerində araşdıraraq həll edilməsinə dəstək göstərmək məqsədilə həyata keçirilir. İştirak etmək istəyən vətəndaşlar (012) 525-41-30 (daxili 5625, 5043) telefon nömrəsinə zəng edə, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə, yerli filiala yaxınla, o cümlədən Agentliyin sosial şəbəkə hesablarına müraciət edə bilərlər.