Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində SosialXidmətlərAgentliyi nin sədri Vüqar Behbudov Xızı rayon sakinləri üçün qəbul keçirib.
Qəbulda iştirak edən 20-yə yaxın vətəndaşın mənzil (fərdi ev), avtomobil təminatı, səyyar sosial xidmətin təşkili və sanatoriya-kurort yollayışları ilə bağlı müraciətlərinə baxılıb. İştirakçıların hər birinin müraciəti fərdi dinlənilib və müraciətlərin həllini tapması üçün müvafiq tapşırıqlar verilib.
Vətəndaş müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması məqsədilə təşkil edilən vətəndaş qəbulları hər həftə müxtəlif rayonlarda həyata keçirilir.
Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətlərinə dair müraciəti olan hər bir vətəndaş qəbulda iştirak edə bilər. Bunun üçün vətəndaşlar (012) 525-41-30 (daxili 5614, 5043) telefon nömrəsinə zəng edə, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə, yerli filiala yaxınlaşa, o cümlədən Agentliyin sosial şəbəkə hesablarına müraciət edə bilərlər.