Fevralın 23-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Neftçala rayonunda vətəndaş qəbulu keçirəcək. Qəbulda Neftçala ilə yanaşı Salyan sakinləri də iştirak edə bilərlər.
Qəbul zamanı imtiyazlı şəxslərin mənzil (fərdi ev), avtomobil təminatı, səyyar sosial xidmətin təşkili, sanatoriya-kurort yollayışları ilə təminat və s. mövzularda müraciətlər cavablandırılacaq.
Müraciət etmək istəyən vətəndaşlar fevralın 21-dək (012) 525-41-30 (daxili 5625, 5043) telefon nömrəsinə zəng edərək, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərərək, yerli filiala yaxınlaşaraq, o cümlədən Agentliyin sosial şəbəkə hesabları vasitəsilə qəbula yazıla bilərlər.