06.05.2024

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovun mayın 17-də Saatlı rayonunda vətəndaş qəbulu keçiriləcək

Mayın 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovun Saatlı rayonunda vətəndaş qəbulu keçiriləcək. 

Qəbul zamanı imtiyazlı şəxslərin mənzil (fərdi ev), avtomobil təminatı, səyyar sosial xidmətin təşkili, sanatoriya-kurort yollayışları ilə təminat və s. mövzularda müraciətləri cavablandırılacaq.

Müraciət etmək istəyən vətəndaşlar mayın 15-dək  (012) 525-41-30 (daxili 5625, 5043) telefon nömrəsinə zəng edərək, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərərək, yerli filiala yaxınlaşaraq, o cümlədən Agentliyin sosial şəbəkə hesabları vasitəsilə qəbula yazıla bilərlər.