Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovun Qax rayonunda aprelin 19-da keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı 29 aprel tarixinə dəyişdirilib. Qəbulda Qax rayonu ilə yanaşı, Şəki sakinləri də iştirak edə bilərlər.
Qəbul zamanı imtiyazlı şəxslərin mənzil (fərdi ev), avtomobil təminatı, səyyar sosial xidmətin təşkili, sanatoriya-kurort yollayışları ilə təminat və s. mövzularda müraciətləri cavablandırılacaq.
Müraciət etmək istəyən vətəndaşlar aprelin 26-dək (012) 525-41-30 (daxili 5625, 5043) telefon nömrəsinə zəng edərək, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərərək, yerli filiala yaxınlaşaraq, o cümlədən Agentliyin sosial şəbəkə hesabları vasitəsilə qəbula yazıla bilərlər.