22.01.2025

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovun Şamaxı rayonunda yanvarın 24-də keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı 28 yanvar tarixinə dəyişdirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovun Şamaxı rayonunda yanvarın 24-də keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı 28 yanvar tarixinə dəyişdirilib. Qəbulda Şamaxı rayonu ilə yanaşı, Qobustan sakinləri də iştirak edə bilərlər.  
Qəbul zamanı imtiyazlı şəxslərin mənzil (fərdi ev), avtomobil təminatı, səyyar sosial xidmətin təşkili, sanatoriya-kurort yollayışları ilə təminat və s. mövzularda müraciətləri cavablandırılacaq.


Müraciət etmək istəyən vətəndaşlar yanvarın 24-dək  (012) 525-41-30 (daxili 5625) telefon nömrəsinə zəng edərək,  sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərərək, yerli filiala yaxınlaşaraq, o cümlədən Agentliyin sosial şəbəkə hesabları vasitəsilə qəbula yazıla bilərlər.