09.01.2024

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovun yanvarın 23-də Lənkəranda vətəndaş qəbulu keçiriləcək

Yanvarın 23-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Lənkəranda vətəndaş qəbulu keçirəcək.

Qəbul zamanı imtiyazlı şəxslərin mənzil (fərdi ev), avtomobil təminatı, səyyar sosial xidmətin təşkili, sanatoriya-kurort yollayışları ilə təminat və s. mövzularda müraciətlər cavablandırılacaq.

 Müraciət etmək istəyən vətəndaşlar yanvarın 21-dək  (012) 525-41-30 (daxili 5625, 5043) telefon nömrəsinə zəng edərək,  sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərərək, yerli filiala yaxınlaşaraq, o cümlədən Agentliyin sosial şəbəkə hesabları vasitəsilə qəbula yazıla bilərlər.