06.09.2024

Sosial Xidmətlər Agentliyinin nümayəndə heyəti Özbəkistan Prezidenti yanında Sosial Müdafiə Milli Agentliyinin Sosial İnspeksiyası ilə tanış olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovun başçılıq etdiyi nümayəndə heyəti Özbəkistanda keçirilən "İcma Dayanıqlılığı və Sosial Rifahın Artırılması üzrə Özbəkistan-Kolumbiya Mərkəzinin Açılışı" beynəlxalq forumunda iştirak etmək üçün həmin ölkədə səfərdədir. 

Səfər çərçivəsində nümayəndə heyəti Özbəkistan Respublikasının Prezidenti yanında Sosial Müdafiə Milli Agentliyinin Sosial İnspeksiyasını ziyarət edib. İnspeksiyanın sədri Husniddin Kutpiddinov qurumun fəaliyyət istiqamətləri və göstərdiyi  xidmətlər barədə ətraflı məlumat verib.  

Görüş zamanı Sosial Xidmətlər Agentliyi ilə Sosial İnspeksiyanın gələcək əməkdaşlığı ilə bağlı müzakirə aparılıb.