09.04.2025

Sosial Xidmətlər Agentliyinin nümayəndəsi beynəlxalq forumda iştirak edir

Sosial Xidmətlər Agentliyinin nümayəndəsi "Avropa Sosial Şəbəkəsi Üzvlərinin 2025-ci il üzrə Forumu"nda iştirak edir. 

Polşanın paytaxtı Varşava şəhərində “Nailiyyətlər, sosial xidmətlərin gələcəyinin formalaşdırılması” istiqaməti üzrə keçirilən forumun məqsədi Avropa Sosial Şəbəkəsinin (European Social Network - ESN) üzvləri arasında şəbəkənin gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsidir. 

Tədbirdə Sosial Xidmətlər Agentliyi ilə yanaşı DOST Agentliyi və Dövlət Məşğulluq Agentliyinin nümayəndələri də təmsil olunur. 

Sosial Xidmətlər Agentliyinin Strateji planlaşdırma şöbəsinin müdiri Hacıağa Haşımov Avropa Sosial Şəbəkəsinin Baş İcraçı Direktoru Alfonso Lara-Montero ilə görüşüb, həmçinin müxtəlif ölkələrdən olan təşkilatların rəhbər şəxsləri ilə bir sıra işgüzar görüşlərdə iştirak edib. 

Forum çərçivəsində dayanıqlı və uzunmüddətli sosial qayğı imkanlarına həsr olunmuş seminar da baş tutub.