Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin regional filiallarının əməkdaşları üçün növbəti təlim keçirilib.
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərlə iş aparan filial əməkdaşlarının cəlb olunduğu təlimin məqsədi onların iş keyfiyyətinin artırılmasına töhvə verməkdir.
Bir gün davam edən təlimdə Agentliyin Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərlə iş şöbəsi, Sosial təminat departamenti, Sosial proqramlar departamenti, Stasionar sosial xidmətlərin təşkili departamenti, İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin əməkdaşları tərəfindən struktur bölmələrinin fəaliyyəti ilə bağlı təqdimatlar edilib. Həssas əhali qruplarından olan şəxslərə göstərilən xidmətlərə dair müxtəlif keyslər üzrə nümunələr göstərilməklə diskusiya aparılıb.
Çıxışlarda Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı mövcud təlimatlara dair izahatlar verilib. Sonda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.
Bu kimi təlimlərin mütəmadi təşkil edilməsi nəzərdə tutulub.