23.01.2024

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Lənkəran rayonunda vətəndaş qəbulu keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Lənkəran rayonunda Vətəndaş qəbulu keçirib.

Qəbulda 30-dan çox vətəndaş iştirak edib. Qəbul zamanı imtiyazlı şəxslərin mənzil (fərdi ev), avtomobil təminatı, sanatoriya-kurort yollayışları ilə təminat və s. mövzularda , müraciətləri cavablandırılıb həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.

Vətəndaş qəbulları mütəmadi olaraq müxtəlif rayonlarda təşkil edilir və müraciətlərə baxılması işinin səmərəliliyinin artırılması məqsədi daşıyır.

Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətlərinə dair müraciəti olan hər bir vətəndaş qəbulda iştirak edə bilər. Bunun üçün vətəndaşlar (012) 525-41-30 (daxili 5614, 5043) telefon nömrəsinə zəng edə, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə, yerli filiala yaxınlaşa, o cümlədən Agentliyin sosial şəbəkə hesablarına müraciət edə bilərlər.