Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Qusarda şəhid Ramin Nurəhmədovun ailəsini ziyarət edib.
Vətən müharibəsi şəhidi Ramin Nurəhmədov 2 noyabr 2020-ci ildə qəhrəmancasına şəhid olub. Qusar rayonunda dəfn olunub. Şəhidimizin 2 övladı yadigar qalıb.
Prezident İlham Əliyevin Sərəncamları ilə o, ölümündən sonra “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və ”Vətən uğrunda” medalı təltif edilib. Şəhidin ailəsi zəruri sosial dəstək tədbirləri ilə əhatə olunub, ailəyə sosial ödənişlər təyin edilib.
Ziyarət zamanı şəhidimizin vətənpərvərliyindən, həmçinin döyüş yolundan danışılıb. Vüqar Behbudov şəhid Ramin Nurəhmədovun xatirəsinin daim əziz tutulacağı, ailənin bundan sonra da qayğı ilə əhatə olunacağını vurğulayıb.