Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən ölkə üzrə keçirilən vətəndaş qəbulları davam etdirilir.
Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov bu dəfə Sumqayıt şəhərində vətəndaşları qəbul edib. Qəbulda 30-dan çox şəxs iştirak edib.
İştirakçılar Agentliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı müraciətlərini bildiriblər. Hər bir müraciət qeydiyyata alınıb və həll edilməsi üçün aidiyyəti üzrə tapşırıq verilib.
Fərdi ev, avtomobil təminatı, sanatoriya-kurort yollayışları ilə təminat kimi məsələlərlə bağlı müraciəti olan hər bir imtiyazlı vətəndaş bu qəbullarda iştirak edə bilər. Bunun üçün vətəndaşlar Agentliyin (012) 525-41-30 (daxili 5041) telefon nömrəsinə zəng edə, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə, sosial şəbəkə hesablarına müraciət edə, yaxud yerli filiallarına yaxınlaşa bilərlər.