Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudovun Yardımlıda vətəndaş qəbulu olub.
Ümumilikdə 20-dən çox vətəndaşın qatıldığı qəbulda müraciətlər əsasən fərdi ev, avtomobil təminatı və Agentliyin fəaliyyətinə dair digər məsələlərlə bağlı olub.
İmtiyazlı şəxs kateqoriyasından olan qəbul iştirakçılarının müraciətləri ilə bağlı sualları cavablandırılıb, xüsusi araşdırma tələb edən müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.
Mütəmadi olaraq baş tutan və respublikanın müxtəlif şəhər və rayonlarında həyata keçirilən qəbullarda iştirak etmək istəyən vətəndaşlar Sosial Xidmətlər Agentliyinin (012) 525 41 30 (daxili 5614, 5043) telefon nömrəsinə zəng edərək, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərərək, regional filiala yaxınlaşaraq, həmçinin Agentliyin sosial şəbəkə hesablarına yazaraq müraciət edə bilərlər.