Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi ilə Lənkəranda fəaliyyət göstərən günərzi qayğı mərkəzinin xidmətlərindən yararlanan uşaqlar üçün ekskursiya təşkil edilib.
18 may - Beynəlxalq Muzeylər Günü ilə əlaqədar təşkil edilən tədbirdə günərzi qayğı mərkəzində reabilitasiyaya cəlb edilən 25 uşaq iştirak edib.
İştirakçılar general-mayor Həzi Aslanovun ev muzeyi və Lənkəran Tarix-diyarşunaslıq muzeyi ilə yaxından tanış olublar.
Uşaqlara muzeylər barədə ətraflı məlumat verilib.