20.06.2024

Sosial Xidmətlər Agentliyinin sosial sifarişi əsasında Ağsu rayonunda fəaliyyət göstərən Günərzi Qayğı Mərkəzində “Yaşıl Dünyam” adlı tədbir keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişi əsasında Ağsu rayonunda fəaliyyət göstərən Günərzi Qayğı Mərkəzində “Yaşıl Dünyam” adlı tədbir keçirilib. 

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş tədbir “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi tərəfindən təşkil edilib. 

Görüşdə Günərzi Qayğı Mərkəzinin xidmətlərindən yararlanan uşaqlar və onların valideynləri iştirak ediblər. 

İştirakçılara təbiətin qorunması, mühafizəsi və mövzunun aktuallığı barədə məlumatlar verilib. 

Sonra uşaqlar birlikdə dibçəklərdə güllər əkiblər.