16.06.2024

Sosial Xidmətlər Agentliyinin sosial sifarişi ilə Ucar rayonunda fəaliyyət göstərən günərzi qayğı mərkəzinin xidmətlərindən yararlanan uşaqlar üçün ekskursiya təşkil edilib

Əmək və Əhalinin  Sosial Müdafiəsi  Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişi ilə Ucar rayonunda fəaliyyət göstərən günərzi qayğı mərkəzinin  xidmətlərindən yararlanan  uşaqlar üçün ekskursiya  təşkil edilib. 

Ucar  şəhərində yerləşən Heydər Əliyev  Mərkəzinə təşkil edilən ekskursiya 
15 iyun - Milli  Qurtuluş Günü nə həsr edilib. 

Tədbirdə günərzi qayğı mərkəzində reabilitasiyaya cəlb edilən 30-a yaxın uşaq iştirak  edib.
   
Uşaqlara Ümummilli Lider Heydər Əliyevin  həyat  yolu, ölkəmizin  hərtərəfli  inkişafında göstərdiyi  misilsiz xidmətlər və tarixi faktlarla bağlı məlumatlar verilib. 

İştirakçılar həmçinin Ulu Öndərin həyat  və fəaliyyətini əks etdirən fotolar və videoçarxla tanış olublar.